Əsaslı təmirdən sonra Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi daha cəlbedici olmuşdur

 

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Seyid Əzim Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, əsası 1945-ci ildə qoyulmuş muzeyin yenidən qurulmasına 2008-ci ilin avqustunda başlanılmış cari ilin sentyabrında başa çatdırılmışdır. İkimərtəbəli muzeyin ümumi sahəsi 1097 kvadratmetr, ekspozisiya zalının sahəsi isə 325 kvadratmetrdir. Burada yaradılmış 7 bölmədə Şamaxının qədim müasir dövrlərinə aid 1061 eksponat nümayiş etdirilir. Ümumiyyətlə, Tarix-Diyarşünaslıq Muzeyində 8392 əsas, 600 yardımçı eksponat vardır. Muzeydə XVIII əsrdə alman səyyahları tərəfindən çəkilən şəkillər əsasında hazırlanmış Şamaxı şəhərinin maketi, rayonun fauna florasını əks etdirən təbiət guşəsi yaradılmışdır.

Burada erməni vəhşilikləri barədə toplanan istintaq materiallarına xüsusi yer ayrılmışdır. Prezident İlham Əliyev ermənilərin törətdikləri qırğınları təsdiq edən materiallarla tanış oldu.

Mədəniyyət ocağının həyətində Şamaxının tanınmış 12 şəxsiyyətinin büstü qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 3.