Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur

 

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur.

Məlumat verildi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılmışdır. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Rəsədxanada inzibati bina, 6 teleskop, 40 mənzilli beşmərtəbəli bir, ikimərtəbəli beş yaşayış binası, 4 kottec mehmanxana vardır. Uzun illər təmir olunmadığından rəsədxanada tikililər yararsız vəziyyətə düşmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 5 sentyabr tarixli sərəncamı ilə Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi burada əsaslı təmir-tikinti işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat, 2009-cu il 21 iyul tarixli sərəncamı ilə 3 milyon manat vəsait ayrılmışdır. Hazırda burada işlər sürətlə davam etdirilir.

Rəsədxananın planı ilə tanış olan dövlət başçısı yenidənqurma təmir işlərinin vaxtında keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 3.