Şamaxı mədəniyyət sarayı yenidənqurmadan sonra daha yaraşıqlı olmuşdur

 

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxı mədəniyyət sarayında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur.

Sarayın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətimizin qorunması və inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır.

Məlumat verildi ki, 1974-cü ildə inşa edilmiş mədəniyyət sarayının əsaslı təmirinə 2007-ci ilin ikinci rübündə başlanılmışdır. Yüksək səviyyədə aparılmış təmir işləri 2008-ci ilin mayında başa çatdırılmışdır. Sarayda müasir işıqlandırma sistemi quraşdırılmış, 300 nəfərlik zal mebel və digər avadanlıqla təchiz olunmuşdur.

Prezident İlham Əliyev sarayda uşaqların ifasını dinlədi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 3.