1. "Azərbaycan
Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi
əməkdaşlıq məsələləri üzrə
birgə hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, №2, maddə 75; 2009-cu il, №1, maddə
17) 1-ci bəndində aşağıdakı dəyişikliklər
edilsin:
"Yaqub Eyyubov - Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini" sözləri
"Şahin Mustafayev - Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri" sözləri ilə əvəz
edilsin;
"Niyazi Səfərov
- Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin
müavini" sözləri çıxarılsın.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən dəyişikliklər barədə
Tacikistan Respublikası tərəfinə müvafiq bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 2.