Azərbaycanın qərbində qərar tutan Tovuz rayonu bənzərsiz təbiəti, əsrarəngiz gözəlliyi ilə məşhurdur. Bu yerlərin təbiəti ilə insanları araısnda da bir oxşarlıq, yaxınlıq var. Hamısı mülayim təbiətli, xoş rəftarlıdır. Təqribən 70 il bundan əvvəl bu torpaqda dünyaya göz açan, kamala yetən Qəzənfər Paşayev də belədir.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev müqəddəs sayılan sənət sahibi, müəllimdir. O, bu şərəfli adı uca tutan, yüksək qiymətləndirən, şərafətlənən müəllimlərdəndir. Təkcə onu demək kifayətdir ki, M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunda ingilis dilindən dərs dediyi (xarici dilin tədrisi də musiqinin tədrisinə bənzəyir. Burada da bir müəllim aparıcı olur) tələbələrindən Zeydulla Ağayev elmlər doktoru, Məlumat Nurəddinov, Məmməd Hüseynov və Güldanə Ramazanova elmlər namizədidirlər. Sevimli tələbəsi Ədalət Əsgərov uzun illərdir ki, Cəlilabad rayonunda təhsil şöbəsinin müdiridir. Qəzənfər Paşayev respublikamızda ilk olaraq "Ölkəşünaslıq" fənnini ingiliscə hazırlayıb mühazirələr oxuyan, seminarlar aparan pedaqoqdur. Onun ingiliscə nəşr etdirdiyi "İngiltərə haqqında" kitabı uzun müddət tələbələrin köməyinə gəlib.
O, ABŞ və İngiltərədə ixtisasartırma kurslarını bitirib, İngiltərədə sovet müəllimlərinin rəhbəri kimi xalqımızı tanıdıb. Professor Qəzənfər Paşayev uzun illər hazırkı Slavyan Universitetində xarici dillər kafedrasının rəhbəri olub, Bakı Dövlət Universitetində ingilis dilini tədris edib. On ilə yaxın Ali Təhsil Nazirliyi nəzdində Qərbi Avropa dilləri üzrə Elmi Şuranın elmi katibi kimi səmərəli fəaliyyət göstərib.
Tədris və elm sahəsində xidmətləri həmişə qiymətləndirilib. Vaxtilə SSRİ Ali və Orta İxtisas Tədrisi nazirliklərinin fəxri fərmanlarını alıb. İraqda möhtəşəm Tərtər-Fərat kanalının tikintisində baş mütərcim işləyib. Bu xidmətinə və SSRİ-İraq İqtisadi Əlaqələr Komissiyasının işində tərcüməçi kimi, səmərəli fəaliyyətinə görə SSRİ Nazirlər Sovetinin İqtisadi Əlaqələr Komitəsinin Fəxri Fərmanına layiq görülüb, İraq Respublikasının yüksək "Əməkdə şücaətə görə" medalı ilə təltif edilib.
Qəzənfər Paşayev görkəmli alim kimi də ictimaiyyət arasında yaxşı tanınır. Biz onun beynəlxalq əhəmiyyət kəsb edən, Azərbaycan, Türkiyə, İraq və İranda işıq üzü görən çoxsaylı kitablarını, müxtəlif ölkələrdə dərc olunan yüzlərlə məqaləsini, haqqında yazılan əsərləri sadalamaq fikrində deyilik. Biz sadəcə olaraq bir mətləblə bağlı bəzi məqamları xatırlatmağı özümüzə borc bilirik...
Qəzənfər müəllimə böyük xoşbəxtlik
qismət olub. O,
ömrünün altı
ilini İraq torpağında keçirib.
"İraq bizə
Müqəddəs ziyarətgahlarımızı -
Nəcəfdə Həzrət
Əlinin, Kərbəlada
İmam Hüseynin və Həzrət Abbasın məzarlarını
ziyarət edib. Füzuli qəbrinin önündə
səcdə gedib.
Samarrada xalqımızın
yenilməz oğlu, Babəkin
Böyük çətinliklərin, yuxusuz gecələrin, həm də fərəhin, sevincin bəhrəsi olan "Altı il Dəclə-Fərat sahillərində" kitabını xalqımıza təqdim edib. Kitabı oxuyub çox şey öyrənmişik, daha da haqqa tapınmışıq, yeni bir dünyayla qarşılaşıb, heyrətlənmişik. Biz hələ onun "Nəsiminin İraq divanı", "İraq türkman folkloru" və s. kimi qiymətli əsərlərini demirik.
Qəzənfər Paşayevin xalq şairi Rəsul Rza ilə birlikdə xalqımıza təqdim etdiyi "Kərkük bayatıları" türk dünyasının tükənməz xəzinəsi, dürrü-incisidir. "O, Kərkük bizdən uzaq olduğu qədər də, yaxındır, doğmadır, əzizdir" - dedi. Bir kökdən kökləndiyimiz üçün, bir əsilli-nəsilli olduğumuz üçün Kərkük bayatılarında ayrılıq var, ana deyib ağlayan, vətən deyib sızlayan var:
Kərkükün baş qalası,
Divarı daş qalası.
Ölü ana yanında
Tökür qan-yaş balası.
Qəzənfər müəllimin xalqımızın tarixi ilə bağlı tərcümələri qibtəyə layiqdir. Bu baxımdan, Aleksandr Dümanın "Qafqaz səfəri" əsərinin Həmid Abbasovla birlikdə fransız dilindən tərcüməsi diqqəti çəkir. Qəzənfər Paşayev Tokio Universitetinin professoru, M.F.Axundovun kötükcəsi Pərirux xanımın həyat yoldaşı İrəc Pərşinacın "M.F.Axundzadənin ədəbi tənqidi" əsərini də ingilis dilindən Azərbaycan dilinə çevirərək xalqımıza ərməğan etmişdir. Mahir tərcüməçinin yuxusuz gecələrinin məhsulu olan insanla, insanlıqla, uzunömürlülüklə bağlı "Necə yaşayasan yüzü haqlayasan" əsər maraq doğurur. Onun ingiliscədən tərcümə etdiyi bu əsərdə xalqımızın zəngin adət-ənənəsi, qonaqpərvərliyi böyük və kiçik ailələrin daxili strukturu, etnoqraflarımız, antropoloqlarımız, tarixçilərimiz üçün qiymətli mənbədir.
Əsər haqqında "Ədəbiyyat və incəsənət" qəzetində "Uzun ömrün sirri" adlı geniş məqalə ilə çıxış etdiyimdən burada təkcə onu demək istəyirəm ki, Amerika alimi, professor Sula Benetin bu əsərini tərcümə edib xalqımıza töhfə etməyin dərin mənası var. Əlçatmaz, ünyetməz uzaq Amerikanın bu töhfəsini bizə yaxın edən, doğma edən Qəzənfər müəllimə minnətdarıq.
Şöhrətli alim olan Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, aydın təfəkkürə, dərin müşahidə qabiliyyətinə malikdir. Poliqlotdur - çox dil biləndir. Bu üstün cəhətlər onun əsl ziyalı, gözəl müəllim, görkəmli alim olmasına şam-çıraq tutur, işıqlandırır. Görən bu üstün cəhətlər olmasaydı, əzablı, iztirablı, əzmli, dözümlü ömür yaşayan Qəzənfər Paşayevin lap bu yaxınlarda "Nostradamusun möcüzəli aləmi" adlı, irihəcmli, dərin məzmunlu, fundamental kitabı yaranar, ərsəyə gələr, işıq üzü görərdimi?
Bu kitabla bağlı bir xoşa gələn məqamı da xatırlatmaq istərdim. "Nostradamusun möcüzəli aləmi" əsərinin başlanğıcında verilmiş etiraf misralar, səmimi hisslər aləmi mənə güclü təsir etdi. "Ağır və gərgin əməyin nəticəsi olan bu əsəri ərsəyə gətirmək üçün ruhi rahatlığımı təmin edən, fikir və qəlbimi lüzumsuz qayğı və həyəcanlardan qoruyan həyat yoldaşım Arəstə Mikayıl qızına ithaf edirəm". Nə gözəl, nə ibrətamiz minnətdarlıq!
Əziz oxucular, mənim sizə təqdim etdiyim bu kiçik yazı Qəzənfər Paşayev dünyasına bir baxış, dəryasından damlalar, gülüstanından bir tər qönçə ilə müqayisə edilə bilər.
Mərhum şairimiz Hüseyn Kürdoğlu Qəzənfər Paşayevin 60 illik yubileyinə həsr etdiyi, Kərkük bayatıları üstündə köklənən "Tovuzum mənim, oğuzum mənim" poemasında deyirdi:
Hər papaqlı ər olmaz,
Nərə çəkər, nər olmaz.
Xan olar, sultan olar,
Ancaq Qəzənfər olmaz.
Səksənə yönələn
bu ad günün mübarək!i Hər kim yüzü
yaşamasa... - belə
deyib Osman Sarıvəlli! Hələ qarşıda gül
üzlü bahar, barlı-bəhərli payız,
çovğunlu qış
var. Əzizimiz Qəzənfərə
möhkəm can sağlığı,
uzun ömür, bol-bol sevinc, səadət arzulayırıq.
Yolu uğurlu, işləri avand olsun.
Teymur BÜNYADOV,
akademik
Azərbaycan.- 2009.-1 oktyabr.- S. 11.