Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya

 

Hörmətli cənab Sədr!

Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Çin əlaqələrinin gündən-günə genişlənməsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 sentyabr 2009-cu il

 

 

Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 1.