Sumqayıt şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında

 

Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Sumqayıt şəhərində aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin sürətləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 1.