Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər əlavələr edilməsi haqqında

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının fəaliyyətini təşkil etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007-ci il, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 130 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 8.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

"8.16. hakimlərin, ədliyyə işçilərinin, vəkillərin ixtisaslarının, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə ixtisasının artırılmasını təmin edir;";

1.2. aşağıdakı məzmunda 8.16-1-ci və 8.16-2-ci bəndlər əlavə edilsin:

"8.16-1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;

8.16-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;";

1.3. 9.35-ci bənd aşağıdakı redaksiyada verilsin:

"9.35. hakimlərin, ədliyyə işçilərinin, vəkillərin ixtisaslarının, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə ixtisasının artırılmasını təşkil etmək;";

1.4. aşağıdakı məzmunda 9.35-1-ci və 9.35-2-ci bəndlər əlavə edilsin:

"9.35-1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;

9.35-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;";

1.5. aşağıdakı məzmunda 16.5-1-ci bənd əlavə edilsin:

"16.5-1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektorunun vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, rektorun təqdimatına əsasən Ədliyyə Akademiyasının prorektorlarını vəzifəyə təyin edir;".

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1223) ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik və əlavələr edilsin:

2.1. 1.9-cu bənd 1.10-cu bənd hesab edilsin, aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin:

"1.9. Müsabiqədən keçmiş namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilirlər.";

2.2. 2.1-ci bənddə "keçirilməsi" sözündən sonra ", icbari təlim başa çatdıqdan sonra namizədlərin təyinatına dair təkliflərin verilməsi" sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 979) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi"nə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

3.1. 1-ci bənddə "işçilərinin," sözündən sonra "hakimlərin," sözü əlavə edilsin;

3.2. 2-ci bənddə "əmr və sərəncamlarını," sözlərindən sonra "hakim vəzifəsinə namizədlərin və hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını," sözləri əlavə edilsin;

3.3. 10-cu bəndin birinci abzasında "habelə" sözündən sonra "Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Vəkillər Kollegiyası Rəyasət Heyətinin," sözləri əlavə edilsin;

3.4. 12-ci bənddə "və prokurorluq orqanları" sözləri ", prokurorluq və məhkəmə orqanları" sözləri ilə, "prokurorluq orqanlarının" sözləri "məhkəmə orqanlarının" sözləri ilə əvəz edilsin;

3.5. 13.1-ci, 17-ci bəndlərdə və V bölmənin adında "ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, prokuror və müstəntiq vəzifələrinə" sözləri "ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin" sözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 13.1-1-ci, 13.1-2-ci və 14.1-1-ci bəndlər əlavə edilsin:

"13.1-1. ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının və ixtisasının artırılması;

13.1-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə hakimlərin davamlı tədrisinin keçirilməsi;

14.1-1. hakimlərin, hakim vəzifəsinə namizədlərin;";

3.7. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"14.2. ilk dəfə prokurorluq orqanlarına qulluğa qəbul olunan namizədlərin;";

3.8. 15-ci bənd çıxarılsın;

3.9. 16.7-ci bənddən "və prokurorluq" sözləri çıxarılsın;

3.10. 18-ci bənddə:

3.10.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"İcbari təlimin yekunları üzrə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlər üçün nazirlik, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlər üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu, vəkilliyə namizədlər üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Akademiya ilə birlikdə imtahan keçirilir. ";

3.10.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilir.";

3.11. aşağıdakı məzmunda V-I bölmə əlavə edilsin:

"V-I. Hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi və hakimlərin davamlı tədrisi

19-1. Akademiyada hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi və hakimlərin davamlı tədrisi keçirilir. Tədris Akademiyanın müvafiq fakültəsi tərəfindən Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi ilə əlaqəli təşkil edilir. Bu fakültənin tədris planları həmin qurumlarla razılaşdırılır.

19-2. Qanunvericiliyə müvafiq olaraq vakant hakim vəzifələrinə hakim olmayan namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilən yazılı və şifahi imtahan mərhələsindən sonra Akademiyada ilkin uzunmüddətli tədrisə cəlb edilirlər.

19-3. Tədrisin yekunları üzrə hər bir hakim vəzifəsinə namizəd yazılı və şifahi imtahan verir. Tədrisin yekunları üzrə imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən Akademiya ilə birlikdə keçirilir.

19-4. Hakim vəzifəsinə namizədlər üçün tədris proqramı Hakimlərin Seçki Komitəsi və Akademiya tərəfindən hazırlanır və Məhkəmə-Hüquq Şurası ilə razılaşdırılmaqla Hakimlərin Seçki Komitəsi tərəfindən təsdiq edilir.

19-5. Hakimlərin davamlı tədrisi Məhkəmə-Hüquq Şurası tərəfindən Akademiya ilə birgə təşkil edilir. Hakimlərin davamlı tədrisinin məzmunu və müddəti Məhkəmə-Hüquq Şurası və Akademiya tərəfindən dövlət təhsil standartları əsasında tərtib edilən tədris proqramları ilə müəyyən edilir.";

3.12. 20-ci bənddə "Akademiyada" sözündən sonra "ilkin uzunmüddətli tədris," sözləri əlavə edilsin;

3.13. 22-ci bəndin birinci cümləsində "Akademiyada" sözündən əvvəl "Bu Nizamnamədə nəzərdə tutulmuş hallar istisna olmaqla," sözləri əlavə edilsin;

3.14. 35-ci bənddə "prokurorluq" sözü "məhkəmə" sözü ilə, "Azərbaycan Respublikası Baş Prokurorluğu və" sözləri "Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikası" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 1.