Azərbaycan Qazaxıstan prezidentlərinin mətbuat üçün bəyanatları

 

Oktyabrın 2-də sənədlərin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Qazaxıstan dövlətinin başçısını Azərbaycan dilində salamlayaraq dedi:

- Hörmətli Nursultan Abişeviç!

Hörmətli qonaqlar!

Mən Sizi Azərbaycanda ürəkdən salamlayıram. Sizi yenidən görməyimə çox şadam sevinirəm ki, bu gün aparılmış danışıqlar çox yaxşı nəticələr verir. Biz gündəliyi çox diqqətlə nəzərdən keçirdik. Bizim münasibətlərimizin əhatə dairəsi çox genişdir. O, inkişaf edir, çox sahələri əhatə edir bizim bütün istiqamətlər üzrə fəxr etməyə haqqımız vardır. Siyasi münasibətlər çox yüksək səviyyədədir. İqtisadi böhrana əmtəə dövriyyəsinin səviyyəsinin müəyyən qədər azalmasına baxmayaraq, əvvəlki illərin təcrübəsi göstərir ki, iqtisadi əlaqələr dinamik inkişaf etmişdir mən əminəm ki, bu müvəqqəti azalma yaxın vaxtlarda aradan qaldırılacaqdır. Xüsusən ona görə ki, bizim nəzərdə tutduğumuz bu gün imzalanmış sənədlərdə öz əksini tapmış layihələr, ilk növbədə, energetika sahəsində layihələr nəzərə alınmaqla əminəm ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin səviyyəsi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artacaqdır.

Energetika sahəsində biz müttəfiqlərik, Xəzərdə qonşuyuq bu sahədə münasibətlərin inkişaf etdirilməsi üçün gözəl potensial imkanlar vardır. Mən əminəm ki, bu gün imzalanmış sənədlər böyük yolun yalnız başlanğıcıdır. Hərçənd deməliyəm ki, elə bu gün yaxşı nəticələrimiz vardır. Qazaxıstan nefti bizim ölkəmizin ərazisindən müxtəlif yollarla - həm dəmiryolu, həm Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına nəql edilir. Gələcəkdə yeni boru kəmərlərinin, Azərbaycanın digər nəqliyyat imkanlarının işə salınması ölkələrimiz arasında daha artıq inteqrasiyaya gətirib çıxaracaqdır.

Nəqliyyat sahəsində yaxşı perspektivlər vardır. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatandan sonra bizim Qazaxıstandakı dostlarımız da bu dəmiryolundan istifadə etmək imkanına malik olacaqlar. Bu yol, sözün geniş mənasında, Avropanı Asiya ilə birləşdirəcəkdir.

Bu gün biz kənd təsərrüfatında münasibətlərin inkişaf etdirilməsinin konkret yollarını müəyyən etdik. Bu sahədə əmtəə dövriyyəsinin artırılması da böyük əhəmiyyətə böyük potensiala malikdir.

Əminəm ki, nümayəndə heyətlərinin üzvləri bugünü çox səmərəli keçirəcək münasibətlərimizin inkişaf etdirilməsinin gələcək yollarını müəyyən edəcəklər.

Nursultan Abişeviç, ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi, habelə Xəzərdə, Qafqaz regionunda səmərəli əməkdaşlıq üçün əlverişli mühit yaradılması, təhlükəsizlik tədbirlərinin qarşılıqlı etimadın möhkəmlənməsi sahəsində səylərinizə görə Sizə çox minnətdaram. Bizim dəvətimizi qəbul etdiyinizə bu gün səfərə gəldiyinizə görə bir daha təşəkkürümü bildirmək, Sizə Sizin bütün nümayəndə heyətinə uğurlar diləmək istərdim.

Biz bu gün sabah Naxçıvanda hələ işləməliyik. Bu bizim ikitərəfli münasibətlərə yaxşı təsir göstərəcəkdir.

 

* * *

 

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Azərbaycan dövlətinin başçısını qazax dilində salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli dostlar!

Azərbaycana, Bakıya səfərə dəvət olunduğumuza görə Sizə ürəkdən minnətdarıq. Biz bunu böyük sevinclə edirik. Qazaxıstanın bir sıra nazirlərindən, müvafiq şirkətlərin rəhbərlərindən ibarət sanballı nümayəndə heyəti səmərəli danışıqlar aparmışdır. Hökumətlərarası komissiyanın birgə iclası keçirilmiş, gündəlikdə nəzərdə tutulan bütün məsələlər üzrə uğurlar əldə edilmiş, sənədlər imzalanmışdır.

Nəticədə biz energetika sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlmişik. Azərbaycanın neft-qaz infrastrukturundan istifadə edilməsinə, ölkələrimiz arasında nəqliyyat kommunikasiyalarına, neftin emal edilməsi üzrə birgə iş və kadrların hazırlanması sahəsində təcrübə mübadiləsinə, araşdırmalara, gələcək hasilata və nəqletməyə dair sənədlər imzalanmışdır. Bunlar bizim əməkdaşlığımızın, necə deyərlər, əsas hissəsidir.

Bundan əlavə, biz kənd təsərrüfatında - həm baytarlıq sahəsində, həm də qarşılıqlı malgöndərmələr üzrə əməkdaşlıq haqqında razılıq əldə etmişik. Qazaxıstan ərzaq taxılı satmaqda maraqlıdır. Biz ölkəmizin Xəzəryanı regionlarının faraş tərəvəz və meyvə ilə təchiz olunmasında maraqlıyıq. Biz hərbi-siyasi əməkdaşlıqda, dənizçi kadrların Azərbaycan məktəblərində təhsil almasında və əlbəttə, mədəni-humanitar əlaqələrdə maraqlıyıq. Hər halda, Qazaxıstan vətəndaşları olan 100 mindən çox azərbaycanlı bizim ölkədə yaşayır, işləyir, öz həyatlarından razıdırlar. Bu, ölkələrimiz arasında əməkdaşlıq üçün bir körpüdür.

Dünya siyasəti məsələlərində Qazaxıstan və Azərbaycan həmişə vahid mövqedən çıxış edir. Biz Birləşmiş Millətlər Təşkilatının mövqeyinin möhkəmlənməsinə, beynəlxalq qanunvericiliyə riayət edilməsinə tərəfdarıq. Biz terrorizmin, ekstremizmin hər hansı təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq edirik. Biz həmişə mövcud sərhədlərin toxunulmazlığından, dövlətlərin suverenliyindən danışırıq. Bu zəmində deyə bilərik ki, biz həqiqətən, təkcə tərəfdaşlar deyil, həm də bütün istiqamətlər üzrə müttəfiqlərik.

Mən əminəm ki, bizim münasibətlərin çox böyük perspektivləri vardır. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi böhranla əlaqədar bir qədər azalsa da, 670 milyon dollara çatmışdır. Bu, necə deyərlər, son hədd deyil. Bizim bu vəziyyəti düzəltməyə imkanımız vardır. Əminəm ki, bu səfər, razılaşmalarımız əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.

İlham Heydər oğlu, bu əməkdaşlığı daha da möhkəmlətmək üçün mən Sizi, özünüz üçün münasib olan istənilən vaxtda ölkəmizə rəsmi səfərə dəvət etmişəm. Görüşlərin yüksək səviyyəsi və dinamikası ölkələrimiz arasında həqiqətən qardaşlıq münasibətlərinin mövcud olmasına zəmanət verir.

Sizə təşəkkür edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 2.