Türkdilli xalqların milli musiqisindən ibarət konsert

 

Oktyabrın 2-də Naxçıvandakı Heydər Əliyev Sarayında Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün iştirakçılarının şərəfinə konsert proqramı təşkil edilmişdir.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevi və Türkiyə Prezidenti Abdullah Gülü hərarətlə qarşılamışlar.

Konsertdə Naxçıvanın incəsənət ustaları türkdilli xalqların milli musiqisi və rəqslərini ifa etmişlər.

Görkəmli müğənni Müslüm Maqomayevin "Azərbaycan" mahnısının ifası ilə başlanan konsert tamaşaçılarda böyük maraq doğurmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 4.