Azərbaycanın müdafiə sənayesi
naziri Çexiyanın
müdafiə naziri ilə görüşmüşdür
Müdafiə Sənayesi
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, oktyabrın 2-də nazir Yavər
Camalov Azərbaycanda səfərdə olan Çexiya Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşmüşdür.
Nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə
ətraflı məlumat
vermiş, ölkələrimiz
arasında müxtəlif
sahələrdə tərəfdaşlıq
münasibətlərini yüksək
qiymətləndirdiyini vurğulamışdır.
Ölkələrimiz arasındakı
əməkdaşlığın son zamanlar xeyli
inkişaf etdiyini müsbət hal kimi dəyərləndirən
Çexiyanın müdafiə
naziri Martin Bartak yaxın gələcəkdə müdafiə
sənayesi sahəsində
də ikitərəfli
əlaqələrin yaranacağına
ümidvar olduğunu bildirmişdir.
Sonra tərəfləri
maraqlandıran məsələlərə
dair geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Azərbaycanın
Çexiyadakı səfiri
Tahir Tağızadə
və Çexiyanın
ölkəmizdəki səfiri
Radek Matula iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 5.