Koreya Respublikasının
Prezidenti zati-aliləri
cənab Li Men Baka
Hörmətli cənab Prezident!
Koreya Respublikasının milli bayramı - Dövlətin Yaranması Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün ölkələrimizi dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, bir sıra sahələri əhatə edən birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi və hərtərəfli genişləndirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 16 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 3.