Almaniya Federativ Respublikasının Federal Prezidenti zati-aliləri cənab Horst Kölerə

 

Hörmətli cənab Federal Prezident!

Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Almaniya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Genişlənən ikitərəfli əlaqələrimiz, Avropa strukturları çərçivəsində əməkdaşlığımız münasibətlərimizin səciyyəvi amillərindəndir. Əminəm ki, dost ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin, humanitar sahədə əməkdaşlığımızın daha da dərinləşdirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına əmin-amanlıq rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 3.