İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab
Susilo Bambanq Yudhoyonoya
Hörmətli cənab Prezident!
Sumatra adasında baş vermiş
zəlzələ nəticəsində çoxsaylı insan tələfatı
və dağıntılar barədə xəbər məni
son dərəcə sarsıtdı.
Bu ağır anlarda dərdinizə
şərik çıxır, Sizə, həlak olanların
ailələrinə və yaxın adamlarına, bütün
İndoneziya xalqına şəxsən öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananlara və xəsarət
alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 2 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 3.