Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədri, general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədri, general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycana ilk dəfə gəldiyini, səfəri zamanı yüksək qonaqpərvərliklə qarşılandığını deyən Tariq Məcid Azərbaycanın gözəl bir ölkə olduğunu, burada qardaşlıq hissləri keçirdiyini dedi.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, Azərbaycan ilə Pakistanın yaxın tərəfdaş və müttəfiq ölkələr olduğunu vurğuladı. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində genişlənəcəyinə ümidvar olduğunu qeyd etdi. Dövlətimizin başçısı Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədrinin ölkəmizə səfərinin münasibətlərimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 1.