Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın energetika nazirinin müavini Daniel Ponemanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də ABŞ-ın energetika nazirinin müavini Daniel Ponemanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, bu əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminlik ifadə olundu. ABŞ-ın energetika nazirinin müavininin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulandı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 1.