ABŞ müdafiə nazirinin köməkçisi Azərbaycanın Müdafiə Nazirliyində olmuşdur

 

Oktyabrın 5-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin nüvə, kimyəvi və bioloji proqramlar üzrə köməkçisi

Endryu Veber ilə görüşmüşdür.

Görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdirilməsi məsələləri və regionda mövcud hərbi-siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 2.