50 illik yolun mübariz yolçusu
İnsanların həyatının
ölçüsü onların yaşlarını ifadə
edən rəqəmlərin hesabi çoxluğu ilə deyil,
mənalı ömürləri ilə dəyərlidir. Qısa
olsa da, namusla, səmimiyyətlə keçən ömür
uzun sürən, lakin eyib və yalanla yaşanan ömürdən
üstündür.
Ömür yollarına
işıq saldığım
insan öz həyat əsrinin hesabat yaşına qədəm qoyan, həyata tamaşa və bayram kimi deyil, dərs
kimi baxan qələm dostumuz Cavid Xaspoladovdur. 1959-cu ildə Göyçayda dünyaya göz açan Cavid Azərbaycan həyatını
peşəkar jurnalist
qələmi ilə rövnəqləndirməkdədir. Cavid müəllimi tanıyanlar
yəqin mənim bu fikrimə opponentlik etməyə çətinlik çəkərlər
ki, onun həyat kredosuna çalışmamaq üçün
səbəb axtarmaq yox, fəaliyyət üçün vasitələr
axtarışı xarakterikdir.
1983-cü ildə ADU-nun
jurnalistika fakültəsini
fərqlənmə diplomu
ilə bitirən qəhrəmanımın özünü elmi iş üzərində çalışmaqla sınaması
da onun daxili
rasional enerjisindən xəbər verirdi. "Sovet kəndi",
"Xalq qəzeti",
"Həyat" və
digər nüfuzlu qəzetlərdə, AzərTac
kimi mötəbər
agentlikdə mühüm
vəzifələrdə çalışan
Cavid Xaspoladov öz mövqeyi, dəst-xətti ilə oxucularının qəlbinə işıqlı
yol tapmışdır.
Əqidəli, yüksək
təfəkkürlü,
qərəzsiz jurnalistin
həyata baxışı,
hadisələrə, faktlara
yanaşması, əlbəttə
ki, fərqli olur. Cavid kimi jurnalistlərin
təfəkküründən süzülən, iti qələmindən çıxan
müxtəlif janrlı
yazılar oxucu rəğbəti qazanır.
Çalışdığı müxtəlif yönlü
mətbu orqanlarda sözün yaxşı mənasında zamanın nəbzini tutub məşğul olduğu
sahələrin,
istər kənd mövzusu olsun, istərsə də siyasət, hüquq sahəsi - kamil işıqlandırıcısı olub. Elə buna görə də həm işlədiyi kollektivlərin,
həm də geniş oxucu kütləsinin rəğbətini,
hörmətini qazanıb.
Çünki onun hər yazısında götürməli bir dəyər olur.
Cavid üçün
həyat həmişə
hamar və rəvan keçməyib. Ancaq o, çətin
ayaqda, "Həyat səni güldürəndə
gülürsən, hünərin
var ağladanda gül görüm" hikmətinə tapınaraq
gülümsəməyə də güc tapıb. Möhkəm iradəsi qarşısında
duran çox dağları zəmiyə
çevirməyə müvəffəq
olub.
Cavid Xaspoladov seçdiyi peşəsinin
məsuliyyətini həmişə
çiynində hiss etmiş, jurnalistikanın şərəfi keşiyində
ləyaqətlə durmuş
və bacarıqla şərəfləndirmişdir. Bu gün redaktoru
olduğu "Mübariz
keşikdə" qəzetinin
əsas qayəsi insanların hüquqi maarifləndirilməsi, hüquq-mühafizə orqanlarının
hüquqi dövlət,
vətəndaş cəmiyyəti
quruculuğunda fəal
iştirakını işıqlandırmaqdır.
"Mübariz keşikdə"
qəzetinin səhifələrində
cəmiyyət öz həyatını görür
və oxuyur. Bu qəzetlə yaxından tanışlıq
yüksək qəzetçilik
ənənəsinin, səriştəli
redaktə bacarığının
olduğunu, həmin kollektivdə sağlam psixoloji iqlimin, yaradıcı mühitin hökm sürdüyünü
göstərir. Gözəl
kollektiv rəhbəri
C.Xaspoladov fəaliyyəti,
əməlləri, səmimiyyəti
ilə həyatını
qiymətləndirməyi bacaran,
yaşamağa haqq qazanan bir insandır.
Yaradıcı insana ən böyük ruh verən dəyərlərdən biri
də kollektiv, eyni peşə adamları tərəfindən
etiraf olunmasıdır.
C.Xaspoladovun bu baxımdan da taleyində uğurlu səhifələr az deyildir.
Kiçik həcmli qəzet yazısında Cavidin portretini bütövlükdə cızmaq
təbii ki, mümkün deyil. Lakin ağlının itiliyinə,
qəlbinin böyüklüyünə,
səmimiliyinə və
təmizliyinə etdiyimiz
işarələr fikrimizcə,
onun kimliyi barədə oxucuda aydın təsəvvür
yaradar. Əslində,
böyük qəlb sahibi olan Cavid
o qədər abırlı insandır ki, onu çox
tərifləyəndə
sıxılır və
bundan uzaq olmağa çalışır.
Biz də onun bu istəyini
nəzərə aldıq.
Əziz qələm
və tələbə
dostumuz, filosoflar 50 yaşı müdriklik epoxasının gənclik
yaşı kimi dəyərləndirirlər. Bu
o deməkdir ki, sənin həyat yolunun parlaq səhifələri ilə hələ çox tanış olacağıq. Bizə isə istedadlı qələm sahibi, vətən daşı olmaqla ölkə vətəndaşı kimi
şərəfli adın
daşıyıcısı əməkdar jurnalist, polis polkovniki Cavid Xaspoladova tükənməz yaradıcılıq
enerjisi, sağlam həyat arzulamaq qalır. O günə çataq ki, onun 100 yaşının hesabını soraq.
Amil NOVRUZOV
Azərbaycan.- 2009.- oktyabr.- S. 7.