Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın
Konstitusiya Məhkəməsinin sədri İvetta
Matsejkovanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da
Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri
İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin
başçısı Azərbaycan ilə Slovakiya arasında
münasibətlərin bütün istiqamətlərdə
genişlənməsinin zəruri olduğunu vurğuladı. Ölkələrimiz arasında əlaqələrin
bu gün o qədər də intensiv xarakter
daşımadığını qeyd edən Prezident İlham Əliyev
əmin olduğunu bildirdi ki, Slovakiyanın Konstitusiya Məhkəməsinin
sədrinin Azərbaycana səfəri uğurlu nəticələr
verəcək və əməkdaşlığımızın
daha da inkişafına xidmət edəcəkdir.
İvetta Matsejkova Slovakiyanın
Konstitusiya Məhkəməsi ilə Azərbaycanın
Konstitusiya Məhkəməsi arasında beynəlxalq səviyyədə
uğurlu əməkdaşlığın həyata
keçirildiyini bildirdi və bu iki qurumun mütəmadi olaraq
məhsuldar təcrübə mübadiləsi
apardığını dedi. Qonaq ölkəsində Azərbaycanda
gedən böyük inkişaf proseslərinin maraqla izləndiyini
vurğuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 1.