2009-cu ilin yanvar-avqust
aylarının nəticələrinə
görə MDB ölkələri
arasında Azərbaycanda
sənaye məhsulu istehsalında artım qeydə alınmışdır
MDB-nin Dövlətlərarası
Statistika Komitəsinin məlumatında bildirilir ki, 2009-cu ilin
yanvar-avqust aylarının nəticələrinə görə
MDB ölkələri arasında Azərbaycanda ötən ilin
müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu
istehsalının 3,9 faiz artımı qeydə
alınmışdır.
Sənaye məhsulu
istehsalında Ukraynada 29,6 faiz, Moldovada 24,6 faiz azalma
olmuşdur.
Rusiya sənaye məhsulu
istehsalı sürətinin azalmasına görə (14 faiz) MDB
ölkələri arasında üçüncü yeri tutur. Sənaye
məhsulu istehsalı Qırğızıstanda 12,7, Ermənistanda
11,9, Tacikistanda 11,4, Belarusda 4,6, Qazaxıstanda isə 1,5 faiz
azalmışdır.
2009-cu ilin yanvar-avqust aylarında
MDB ölkələri üzrə sənaye məhsulu
istehsalının səviyyəsi orta hesabla 14 faiz, ümumi
daxili məhsulun miqdarı isə ötən ilin müvafiq
dövrü ilə müqayisədə 9 faiz aşağı
düşmüşdür.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2009.- 7 oktyabr.- S.1.