Ali Məhkəmədə
Oktyabrın 6-da Azərbaycan
Respublikası Ali Məhkəməsində ölkəmizdə
səfərdə olan
Slovakiya Konstitusiya Məhkəməsinin sədri
xanım İvetta Matsejkovanın başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Ali Məhkəmənin sədri
Ramiz Rzayev Azərbaycanda Avropa Şurasının üzvü
olan ölkələrlə
məhkəmə-hüquq
sahəsində əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir. Ali Məhkəmənin sədri,
həmçinin son illər respublikamızda məhkəmə-hüquq
islahatları sahəsində
həyata keçirilən
tədbirlərdən, eləcə
də ədalət mühakiməsini həyata
keçirmək, qanunun
aliliyini təmin etmək məqsədilə
Ali Məhkəmənin
qarşısında
duran vəzifələrdən
danışmışdır.
Azərbaycanın Avropa
ölkələri ilə
işgüzar əlaqələrinin
inkişaf səviyyəsindən
razılığını ifadə edən Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Slovakiya Konstitusiya
Məhkəməsi sədrinin
Azərbaycana səfəri
məhkəmə orqanları
arasında əməkdaşlığın inkişafına
xidmət edəcəkdir.
Slovakiya Konstitusiya Məhkəməsinin sədri
İvetta Matsejkova iki ölkə arasında qarşılıqlı
əməkdaşlığın böyük əhəmiyyət
daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq
bundan sonra da davam etdiriləcəkdir.
Slovakiyalı qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin
iş şəraiti ilə tanış olmuşlar. Binanın yüksək memarlıq üslubunda inşa olunduğunu bildirən xanım İvetta Matsejkova muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Ali Məhkəmənin
sədri Azərbaycanın
məhkəmə orqanlarına
xüsusi maraq və diqqət göstərdiyinə görə
Slovakiyanın Konstitusiya
Məhkəməsinin sədrinə
və nümayəndə
heyətinin üzvlərinə
minnətdarlığını bildirmiş və gələcək işlərində
uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 2.