Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2009-cu il büdcəsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına həyata
keçirilən qaçqın və məcburi
köçkünlərin sosial-məişət və məskunlaşma
məsələləri ilə bağlı bəzi tədbirlərin
və eyni zamanda, Oğuz-Qəbələ zonasından Bakı
şəhərinə su kəmərinin çəkilməsi
və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə
bağlı layihələrin vaxtında icrasını təmin
etmək məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli
fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə
və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr
tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir
və xərclər proqramının (büdcəsinin) tərtibi
və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə
uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft
Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə
Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 26 fevral tarixli 68 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
№ 2, maddə 81) 3-cü bəndində verilmiş cədvəlin
1-ci sırasında "80 000,0" rəqəmi "90
000,0" rəqəmi ilə, 3-cü sırasında "100
000,0" rəqəmi "120 000,0" rəqəmi ilə,
4-cü sırasında "110 000,0" rəqəmi "130
000,0" rəqəmi ilə, 5-ci sırasında "80
000,0" rəqəmi "30 000,0" rəqəmi ilə əvəz
edilsin.
2. Azərbaycan
Respublikası Dövlət Neft Fondunun İcraçı
Direktoru bu fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 1.