Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Strukturu"na dəyişiklik və əlavə edilməsi barədə
"Neft və qaz sənayesində
idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
1 iyul tarixli 366 nömrəli sərəncamına uyğun
olaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹1, maddə 36; 2004-cü il, ¹ 9, maddə
681; 2005-ci il, ¹2, maddə 73, ¹12, maddə 1109; 2006-cı il, ¹9,
maddə 736; 2007-ci il, ¹3, maddə 219, 2009-cu il, ¹ 7, maddə
529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Strukturu"na
aşağıdakı dəyişiklik və əlavə
edilsin:
1.1. 9.10-9.18-ci bəndlər
müvafiq olaraq 9.11-9.19-cu bəndlər hesab edilsin.
1.2.
Aşağıdakı məzmunda 9.10-cu bənd əlavə
edilsin:
"9.10. Qaz emalı
zavodu;".
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 1.