"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin yaradılması ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarında və
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında" 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamında
dəyişikliklər edilməsi barədə
Qüvvədə olan bəzi
qanunvericilik aktlarının "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamına
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac
əməliyyatlarının tənzimlənməsi
Qaydaları"nın 2 nömrəli əlavəsi -
"İxracı və idxalı müvafiq dövlət
orqanlarının rəyi alınmaqla aparılan spesifik
malların (xidmətlərin və əqli mülkiyyətin)
Siyahısı"nın "İdxal" bölməsinin
altıncı abzasında "Azərbaycan Dövlət Dəmir
Yolu İdarəsi" sözləri "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri
ilə əvəz edilsin.
2. "Azərbaycan
Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq
edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 177; 2003-cü il, ¹ 10,
maddə 546; 2004-cü il, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 2, maddə
87, ¹ 6, maddə 601) 2-ci bəndinin yeddinci və səkkizinci
abzaslarında "Azərbaycan Dövlət Dəmir Yolu
İdarəsi" sözləri "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri
ilə əvəz edilsin.
3. "Tarixi "İpək
yolu"nun bərpası üzrə Beynəlxalq Bakı
Konfransının qərarlarının yerinə yetirilməsi
ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 10, maddə 612; 2003-cü il, ¹
10, maddə 546; 2004-cü il, ¹ 12, maddə 1005) 5-ci və
6-cı bəndlərində "Azərbaycan Dövlət Dəmir
Yolu" sözləri "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri
ilə əvəz edilsin.
4. "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə
640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr
260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə
299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546,
547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr
138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346,
¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹12, maddə 1005;
2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹
8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101;
2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5,
maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674,
675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə 11, ¹
2, maddə 87, ¹ 3, maddə 230, ¹7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008-ci il, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr 969, 971, 980, ¹
12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163, ¹
4, maddə 226, ¹ 5, maddə 330; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 və 132 nömrəli, 22 iyul tarixli 136, 137 və 139 nömrəli fərmanları) 2.2-ci bəndində "Azərbaycan Dövlət Dəmir Yolu" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə 258, ¹ 12, maddə 1058; 2009-cu il, ¹ 2, maddə 75; Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 20 iyul tarixli 129 nömrəli və 6 avqust tarixli 142 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"nin 8.15-ci bəndində "Azərbaycan Dövlət Dəmir Yolu" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
6. "Azərbaycan
Respublikasının 2009-cu il dövlət büdcəsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 10 dekabr tarixli 37 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹12, maddə 1066) 2.5.1.2-ci, 2.5.2.5-ci və 2.5.3.2-ci bəndlərində
"Azərbaycan Dövlət Dəmir Yolunun", 10-cu bəndində
"Azərbaycan Dövlət Dəmir Yolu" sözləri
ismin müvafiq hallarında "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri
ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 8, maddə 765; 2009-cu il, ¹ 4, maddə 226) ilə təsdiq
edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı"nın V hissəsinin "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə
Tədbirlər Planı"nın 5.4.7-ci bəndinin
"İcraçılar" sütununda və 5.4.8-ci bəndinin
"Tədbirin adı" və
"İcraçılar" sütunlarında ismin
müvafiq hallarında "Azərbaycan Dövlət Dəmir
Yolu" sözləri ismin müvafiq hallarında "Azərbaycan
Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 2.