Qayğı elm adamlarında ruh yüksəkliyi doğurur

 

Azərbaycanda neft-kimya elminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşına fəxri adların "Tərəqqi" medalının verilməsi haqqında ölkə başçısının 30 sentyabr 2009-cu ildə imzaladığı sərəncam institutumuzun kollektivində böyük sevinc hissi ruh yüksəkliyi doğurmuşdur. Bu fikir institutun 80 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli tədbirlərdə növbəti "Neft Kimyası üzrə VII Bakı Beynəlxalq Y.H.Məmmədəliyev konfransı"nda da səsləndirilmiş iştirakçılar, o cümlədən xarici qonaqlar tərəfindən alqışlarla qarşılanmışdır.

Cənab Prezident İlham Əliyev Azərbaycan elminin inkişafının təmin edilməsinə xüsusi diqqət qayğı ilə yanaşır. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın həyata keçirilməsi, eyni zamanda, neft-qaz emalı neft-kimya sənayesinin inkişafı ilə bağlı sərəncamlar buna bariz nümunədir.

Dövlət başçısının bizə göstərdiyi böyük diqqət qayğıdan ruhlanaraq bu sərəncamdan gələcəkdə elmin inkişafı naminə qəbul ediləcək digər qərarlardan irəli gələn vəzifələri həyata keçirmək üçün bilik, bacarıq səylərimizi əsirgəməyəcək, Azərbaycanda neft-kimya elminin daha da inkişaf etdirilməsinə layiqli töhfələrimizi verəcəyik.

 

 

M.RÜSTƏMOV,

AMEA-nın Neft-Kimya

Prosesləri İnstitutunun

direktoru, akademik

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 3.