İstanbulda fəaliyyət göstərən
"Azəri mədəniyyət
evi"nin üzvləri Azərbaycandan
xoş təəssüratla
ayrılırlar
Oktyabrın 6-da Azərbaycanlıların və
digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzində (ATXƏM) Azərbaycana səfərə
gəlmiş İstanbulda
fəaliyyət göstərən
"Azəri mədəniyyət
evi"nin üzvlərinin mətbuat
konfransı keçirilmişdir.
Qonaqlar əvvəlcə
Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı Heydər Əliyevin xatirəsinə
ehtiramlarını bildirmiş,
məzarı önünə
gül dəstələri
qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə
güllər düzülmüşdür.
Şəhidlər xiyabanına
gələn qonaqlar Azərbaycanın suverenliyi
və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş
qəhrəmanların xatirəsini
anmış, "Əbədi
məşəl" kompleksinin
önünə gül
dəstəsi qoymuşlar.
Qonaqlar Azərbaycanın
azadlığı uğrunda
şəhid olmuş türk əsgərlərinin
xatirəsinə ucaldılmış
abidəni də ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Mətbuat konfransında
bildirilmişdir ki, ATXƏM-in dəvəti ilə reallaşan səfərin məqsədi
Bakıda keçirilən
Türkdilli Ölkələrin
Parlament Assambleyasının
(TÖPA) birinci plenar iclası və Naxçıvanda Türkdilli
ölkələrin dövlət
başçılarının IX zirvə görüşü
zamanı türkdilli ictimai qurumlar ilə daha sıx
əlaqələr qurmaq,
müştərək diaspor
fəaliyyətini genişləndirməkdən
ibarətdir.
Prezident Administrasiyası
İctimai-siyasi məsələlər
şöbəsinin sektor
müdiri Qafar Əliyev qonaqları salamlayaraq bildirmişdir ki, ulu öndər
Heydər Əliyevin
"bir millət, iki dövlət" fəlsəfəsinə uyğun
olaraq hazırda Azərbaycan və Türkiyə ictimai qurumlarının birgə
fəaliyyət göstərməsi
olduqca vacib məsələdir:
"Azərbaycanın haqq
səsinin beynəlxalq
aləmdə daha gur səslənməsində
türkdilli xalqların,
ən əsası isə Türkiyə diaspor təşkilatlarının
üzərinə daha
çox iş düşür. Ona görə də biz Azərbaycan və Türkiyə ictimai qurumlarının qarşılıqlı əlaqələrinin
güclənməsində, iki qardaş ölkənin diaspor təşkilatlarının müştərək
fəaliyyət göstərməsində
maraqlıyıq".
ATXƏM-in sədri İlham İsmayılov qonaqları salamlayaraq onlara təşkilatın yaranması, fəaliyyəti
və məqsədləri
barədə geniş
məlumat vermişdir.
"Azəri mədəniyyət
evi"nin sədri Erol Göllü ATXƏM-lə
yaxın tanışlıqdan
məmnunluğunu ifadə
etmiş və dərnəklə bağlı
məlumat vermişdir:
"İstanbulda 600 min,
Türkiyə ərazisində
isə 1,8 milyondan çox azəri əsilli türk yaşayır. İki ildən artıq bir vaxtda fəaliyyət
göstərən dərnəyimiz
azəri türklərinin
musiqisini, mədəniyyətini,
adət-ənənələrini
bütün Türkiyəyə
və dünyaya tanıtmaqdadır. Yarandığımız
gündən ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" fəlsəfəsini
rəhbər tutaraq bu iki qardaş
dövlətin daha da yaxınlaşmasına çalışırıq. Dərnək
yaradılandan bəri
Azərbaycan dövlətinin
hər zaman dəstəyini duymuş, arxamızda hər gün inkişaf edən və iqtisadi gücə sahib olan Azərbaycanı
hiss etmişik".
Səfər çərçivəsində
qonaqlar Quba, Salyan, Gəncə və Sumqayıtda olmuş, tarixi yerləri, o cümlədən Qubada ermənilər tərəfindən
törədilmiş soyqırımdan
nişanə olan məzarlığı, Gəncədə
Cavadxanın məqbərəsini,
Şah Abbas məscidini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin
məqbərəsini ziyarət
etmişlər. Azərbaycanın regionları ilə tanış olan qonaqlar öz təəssüratlarını bölüşərək bildirmişlər
ki, günü-gündən inkişaf edən Azərbaycan artıq türk dünyasının birliyini
möhkəmlədəcək böyük layihələrə
imza atmaq iqtidarındadır.
Erol Göllü
qeyd etmişdir ki, regionları gəzərkən onlar Azərbaycanın neft gəlirlərindən olduqca
səmərəli istifadə
edilməsinin, qeyri-neft
sektorunun, eləcə
də bölgələrin
dinamik inkişafının
şahidi olmuşlar.
Sonda jurnalistlərin
sualları cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.-7 oktyabr.- S. 6.