Qafqaz Müsəlmanları İdarəsinin sədri Tacikistan Prezidenti ilə görüşmüşdür

 

"Əbu Hənifənin irsi onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda Beynəlxalq simpoziumda iştirak etmək üçün Düşənbədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşmüşdür.

Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamını xoş arzularını Tacikistan Prezidentinə çatdırmışdır.

Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsinin aparıldığı görüşdə qeyd olunmuşdur ki, xalqlarımızın tarixən yaranmış dostluq əlaqələri müstəqilliyimizi bərpa etdikdən sonra daha da möhkəmlənmişdir.

QMİ-nin sədri A.Paşazadə Əbu Hənifə təliminin əhəmiyyətindən danışmış, Tacikistan Prezidenti Emoməli Rəhmonu ad günü münasibətilə təbrik etmişdir.

Tacikistanın dövlət başçısı öz növbəsində salamlarını xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 11.