Prezidentin mətbuat
xidmətinin məlumatı
Oktyabrın 7-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin
sədri Vladimir Putinə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı
Vladimir Putini ad günü münasibətilə təbrik
etmiş, ona fəaliyyətində uğurlar,
möhkəm cansağlığı
arzulamışdır.
Vladimir Putin göstərilən diqqətə
və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını
bildirmişdir
Azərbaycan.- 2009.- 8 oktyabr.- S. 1.