Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

3. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006- il 28 dekabr tarixli 504 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006- il, № 12, maddə 1051) 4-cü 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 1.