Kuba xarici
işlər nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər
xiyabanını ziyarət
etmişdir
Azərbaycanda səfərdə
olan Kuba xarici işlər nazirinin müavini Daqoberto Rodriges Barrera oktyabrın 8-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
gül dəstələri
qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
Sonra qonaqlar
Şəhidlər xiyabanında
Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş
qəhrəman Vətən
övladlarının məzarları
üzərinə qərənfillər
düzmüş, "Əbədi
məşəl" abidəsinin
önünə gül
dəstələri qoymuşlar.
Azərbaycan.- 2009.- 9oktyabr.- S. 3.