Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi ilə görüş

 

Azərbaycan Mətbuat Şurasında (MŞ) Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Veronika Koteklə görüş olmuşdur.

Görüşdə sədr Ə.Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, son dövrlər MŞ-yə daxil olan şikayətlərin sayının artmasının KİV-lə bağlı məhkəməyə müraciət hallarının azalması ilə nəticələndiyini vurğulamışdır. Bildirmişdir ki, qurum əsas missiyalarından birinə uyğun olaraq media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində də tədbirlər görür. Bu istiqamətdə fəaliyyət KİV-mizin üzləşdiyi bir çox problemlərin operativ aradan qaldırılmasına təsir edir.

Veronika Kotek demişdir ki, təmsil etdiyi qurumun Azərbaycanda media ilə bağlı fəaliyyətində başlıca cəhət müstəqil mətbuatın inkişaf etdirilməsidir. Avropa Şurası buna yönələn təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə əməkdaşlığa hazırdır.

Görüşdə diffamasiya ilə bağlı məsələ də müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 4.