Qaçqınların və məcburi köçkünlərin
problemləri beynəlxalq təşkilatların diqqət mərkəzində
olmalıdır
Oktyabrın 8-də Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan Hüquqları
İnstitutunda "Qaçqınların və məcburi
köçkünlərin hüquqları və beynəlxalq təşkilatların
ikili standartları" mövzusunda tədbir
keçirilmişdir.
Tədbirdə
vurğulanmışdır ki, qaçqınların və məcburi
köçkünlərin öz yurd-yuvasına
qayıtması, onların həyat şəraitinin
yaxşılaşdırılması məsələləri
dövlətin ən ümdə vəzifəsidir. Bu
kateqoriyadan olan insanlara qayğı və diqqət ümummilli
liderimiz Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən
biri idi.
İnsan Hüquqları
İnstitutunun direktoru Aytən Mustafayeva bildirmişdir ki, Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
bir milyondan çox soydaşımız doğma
torpaqlarından məhrum olaraq məcburi köçkün vəziyyətinə
düşmüş, yüz minlərlə insanın
hüquqları pozulmuşdur. Bütün bunlara baxmayaraq, beynəlxalq
təşkilatlar Azərbaycan həqiqətlərinə ikili
standartlarla yanaşır, qaçqınların və məcburi
köçkünlərin problemlərinə biganəlik
nümayiş etdirirlər.
A.Mustafayeva qeyd etmişdir ki, bir
sıra nüfuzlu beynəlxalq qurumların üzvü olan və
bu problemi daim həmin təşkilatların diqqətinə
çatdıran Azərbaycan həmin istiqamətdə səylərini
gücləndirməlidir. Bundan əlavə ölkə qanunvericiliyində
də müvafiq dəyişikliklər edilməsinin zəruriliyini
nəzərə çatdıran A.Mustafayeva
günü-gündən inkişaf edən Azərbaycanda bu sahədə
yeni, daha mütərəqqi qanunlara ehtiyac olduğunu söyləmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 9 oktyabr.- S. 7.