Aida İmanquliyevanın
İngiltərədə ingilis
dilində çap edilmiş əsərləri
mənə Şərqin
böyük mütəfəkkirləri
haqqında yeni məlumatlar verdi
Aida İmanquliyevanın
Böyük Britaniyada
ingilis dilində çap edilmiş əsərləri mənə
Şərqin böyük
mütəfəkkirləri haqqında yeni məlumatlar verdi.
Bu sözləri
Aida xanım İmanquliyevanın 70 illik
yubileyi münasibətilə
Bakıda keçirilən
"Şərq və
Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr" mövzusunda
Beynəlxalq İbn Ərəbi simpoziumunun iştirakçısı, Böyük
britaniyalı alim Sesiliya Tvinç demişdir.
İbn Ərəbi
Cəmiyyətinin təmsilçisi
olan tədqiqatçı
alim azərbaycanlı
şərqşünas alim
Aida İmanquliyevanın
70 illik yubileyinə həsr olunan bu konfransın keçirilməsini mühüm
tarixi hadisə kimi dəyərləndirmişdir.
Bu tədbir Şərqlə Qərb arasında ortaq dəyərlərin tapılmasına,
müasir fəlsəfi
fikrin öyrənilməsinə,
yeni-yeni gənc tədqiqatçıların yetişməsinə
təkan verəcəkdir.
Qonaq vurğulamışdır
ki, Azərbaycanda ərəbşünaslıq məktəbinin
yaradılmasında böyük
xidmətləri olan Aida İmanquliyevanın əsərləri bu gün hər bir şərqşünas
üçün dəyərli
elmi mənbədir.
Azərbaycan.- 2009.- 10 oktyabr.- S. 3.