İspaniyanın Kralı əlahəzrət I Xuan Karlosa

 

Əlahəzrət!

Milli bayramınız - İspaniyanın Milli Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-İspaniya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına əmin-amanlıq firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 1.