Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqqeyə
Hörmətli cənab Roqqe!
Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti vəzifəsinə yenidən seçilməyiniz
münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu məsul vəzifəyə
seçkilərdə inamlı qələbəniz beynəlxalq
idman ictimaiyyəti arasında böyük nüfuzunuzun parlaq təsdiqi,
olimpiya hərəkatının inkişafı yolunda xidmətlərinizə
verilən yüksək qiymətdir.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, olimpiya
ideallarının təntənəsi naminə fəaliyyətinizdə
yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 1.