ABŞ dövlət katibinin gərgin səylərindən sonra Türkiyə-Ermənistan protokolları imzalanmışdır

 

İsveçrədə Türkiyə-Ermənistan protokollarının imzalanması mərasimində gərginlik meydana gəlmişdi.

Sürix Universitetində keçirilməsi nəzərdə tutulan mərasimə Fransanın, Türkiyənin Rusiyanın xarici işlər nazirləri Bernar Kuşner, Əhməd Davudoğlu Sergey Lavrov təyin olunan vaxtda gəlsələr , ermənistanlı nazir Edvard Nalbandyan imzalanma mərasimində oxunacaq Türkiyə tərəfinin bəyanatının mətni ilə razı olmadığını əsas göstərərək problem yaratmışdır.

Problemin Türkiyə tərəfinin imzalanma mərasimindən sonra çıxış mətnində "Dağlıq Qarabağ məsələsi"nin yer almasından qaynaqlandığı xəbərləri yayılmışdır.

ABŞ-ın dövlət katibi Hillari Klintonun Ermənistan nümayəndə heyətləri ilə 3 saatdan çox davam edən danışıqlarından sonra problem həllini tapmışdır. İmzalanma mərasimində nəzərdə tutulan çıxışlar təxirə salınmışdır.

Ermənistan hökuməti diasporun qəzəbinin qarşısını almaq üçün imzalanma mərasiminə Ermənistanın İsveçrədəki təmsilçisi, müğənni Şarl Aznavuru da gətirmişdir.

Türkiyədəki şərhçilər siyasi iradənin zəif olması səbəbindən bu qalmaqallı protokolların iki ölkənin parlamentlərində ratifikasiya ediləcəyinə böyük şübhə ilə baxırlar. Bundan başqa, protokollarda nəzərdə tutulan tarixçilərdən ibarət komissiyanın yaradılacağı təqdirdə bu cür münaqişələrin tez-tez təkrar olunacağını bildirirlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 1.