Neft daşlarının
salnaməsindən
* 1971-1980-ci illərdə
Neft daşlarında üzgüçülük hovuzu,
6 saylı əmtəə
çənləri parkı,
qaz-lift kompressor stansiyası, iki iriləşdirilmiş neftyığma
məntəqəsi, təmizləyici
qurğular tikildi.
* Neft daşları-Çilov sualtı qaz xətti, bir sıra estakadalar və meydançalar, kommunikasiya qurğuları
da həmin onillikdən yadigar qalan infrastrukturlardandır.
O illərdə dəniz
neftçiləri üçün
Bakının 8-ci kilometr
qəsəbəsində beş
yaşayış binası
və onların balaları üçün
uşaq bağçası
istifadəyə verildi.
* 1981-1990-cı
illərdə dəniz
şəhərində qadınlar
üçün doqquzmərtəbəli
yaşayış binası,
36 min kitabdan ibarət fondu olan kitabxana, anbarlar inşa edildi.
* Neft daşları-Dübəndi
boru kəməri, rabitə xətləri, Dübəndidə neftyığma
məntəqəsi, sərnişin
gəmiləri üçün
yanalma körpüsü,
vertolyot meydançası,
kompressor stansiyası...
Bu, keçən əsrin doqquzuncu onilliyində istifadəyə
verilmiş obyektlərin
hələ tam siyahısı deyil.
Azərbaycan.- 2009.- 11 oktyabr.- S. 5.