Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın görüşü
Oktyabrın 12-də Al Hummar sarayında
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz
arasında əlaqələrin
müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı.
Dövlət başçıları
yüksək səviyyəli
qarşılıqlı səfərlərin
mühüm əhəmiyyətini
qeyd etdilər. Prezident İlham Əliyevin İordaniyaya növbəti rəsmi səfərinin əməkdaşlığın
möhkəmləndirilməsinə xidmət etdiyi bildirildi.
Prezident İlham Əliyev və Kral II Abdullah ölkələrimiz arasında
əlaqələrin bundan
sonra da genişlənəcəyinə əminliklərini ifadə
etdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 1.