Əmmanda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur

 

 Oktyabrın 12-də İordaniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Əmmanın Al Hummar sarayında rəsmi qarşılanma mərasimi olmuşdur.

İordaniyanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İordaniya Kralı II Abdullah və kraliça Raniyə Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə qarşıladılar.

İordaniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri Kral II Abdullaha təqdim olundu.

Hərbi orkestrin ifasında Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 1.