Azərbaycan parlament nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdədir

 

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Belarus Respublikasına rəsmi səfər etmişdir. Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 12- Belarusun paytaxtı Minsk şəhərinə gəldi. Elə həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdü.

Səmimi qəbula yüksək qonaqpərvərliyə görə Prezident A.Lukaşenkoya minnətdarlığını bildirən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırdı. Sədr qeyd etdi ki, Azərbaycan Belarus Respublikası ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına impuls verir. Sədr qeyd etdi ki, diplomatik əlaqələr 1993-cü ildən başlayıb hər iki ölkədə səfirliklərimizin fəaliyyət göstərməsi Azərbaycan-Belarus əlaqələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Qeyd olundu ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün böyük potensial imkanlar mövcuddur. 2008-ci ildə Azərbaycanla Belarus arasında mal dövriyyəsi təxminən 95 milyon ABŞ dolları həcmində olmuşdur. Energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunikasiya, digər sənaye sahələri üzrə əməkdaşlığın bütün imkanlarından istifadə olunması hər iki ölkənin xalqlarının mənafeyinə xidmət edir.

Parlamentlərarası əlaqələrin inkişafından danışan spiker Oqtay Əsədov bunun dövlətlərarası münasibətlərin dərinləşməsinə böyük töhfə verdiyini söylədi. Qeyd etdi ki, parlamentlərimiz arasında nəzərdə tutulan Əməkdaşlıq haqqında Saziş bu sahədəki hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edəcək. Sədr beynəlxalq təşkilatlarda da əməkdaşlığımızın möhkəm əsaslara söykəndiyini bildirdi.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə qarşılayan Belarus Prezidenti Aleksandr Lukaşenko salamlarına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etdi. Prezident Lukaşenko bu cür səfərləri yüksək qiymətləndirərək bildirdi ki, qanunverici orqanlar dövlətin cəmiyyətin həyatında çox mühüm rol oynayır. Onlar arasındakı əlaqələr ölkələrarası münasibətlərin inkişafında vacib məqamlardandır. Belarus Prezidenti bu baxımdan hər iki ölkənin qanunvericilik orqanı arasında imzalanacaq sənədi yüksək dəyərləndirdi.

Görüşdə iqtisadi, siyasi, mədəni, parlamentlərarası əlaqələr həyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Oktyabrın 12- Azərbaycan parlament nümayəndə heyəti Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko ilə görüşdü. Milli Məclisin Sədri Oqtay Əsədov səmimi qəbula səfərin yaxşı təşkilinə görə cənab Andreyçenkoya minnətdarlığını bildirdi. Sədr ümidvar olduğunu bildirdi ki, bu səfər parlamentlərarası əlaqələrin daha da dərinləşməsində yeni mərhələ açacaq bu, Azərbaycanla Belarus arasında fəal siyasi dialoqa öz töhfəsini verəcək. Qeyd olundu ki, Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq hələ keçmiş Sovetlər dövründən mövcud olmuş, dövlətlərimiz arasındakı bu dostluq tərəfdaşlıq ənənələri müstəqillik dövründə daha da dərinləşmişdir. Bu münasibətlər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində gündən-günə yüksəlməkdədir.

Azərbaycan parlament nümayəndə heyətinin Belarusa səfərini yüksək qiymətləndirən Vladimir Andreyçenko qeyd etdi ki, bu cür səfərlər ölkələrarası münasibətlərin inkişafında, xüsusilə parlamentlərarası əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayır. İqtisadi, siyasi, mədəni həyatın digər sahələrində ikitərəfli əməkdaşlığın yüksək səviyyədə mövcud olduğunu deyən Nümayəndələr Palatasının sədri hər iki ölkənin hərtərəfli əməkdaşlıq üçün daha böyük potensiala malik olduğunu vurğuladı. Qeyd olundu ki, müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında olan əlaqələrin daha da inkişafına öz töhfəsini verir. Ali qanunverici orqanlarımız arasında imzalanacaq Əməkdaşlıq haqqında Saziş münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinin bir nümunəsinə çevriləcək.

Görüşdə digər məsələlər ətrafında da müzakirələr aparıldı.

Sonra Azərbaycan parlament nümayəndə heyəti Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının iclas zalı ilə tanış oldu, birgə foto çəkdirildi.

Nümayəndə heyətinin növbəti görüşü Belarus Respublikası Milli Məclisi Respublika Şurasının Sədri cənab Boris Batura ilə oldu. Bu görüşdən məmnunluğunu ifadə edən Milli Məclisin Sədri Oqtay Əsədov müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında olan əlaqələrin daha geniş hərtərəfli sahədə inkişaf etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan rəhbərliyi dövlətlərimiz xalqlarımız arasında olan əlaqələrin inkişafına böyük önəm verir. Təsadüfi deyildir ki, bizim Belarusda yaşayan həmvətənlərimiz bu ölkənin ictimai iqtisadi həyatında fəal iştirak edirlər. Bu baxımdan 2003-cü ilin oktyabrında Minsk şəhərində "Azərbaycan İcması Konqresi" Beynəlxalq İctimai Birliyinin yaradılması təqdirəlayiq haldır bu birlik Azərbaycan diasporunu Belarus Respublikasında rəsmi təmsil edir.

Sədr bildirdi ki, qarşılıqlı səfərlər görüşlər əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynayır. 2006- ildə Prezident İlham Əliyevin Belarus Respublikasına, 2007-ci ildə isə Prezident Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərləri bu səfərlər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər iqtisadiyyatımızın bütün sahələrində, elm, mədəniyyət humanitar sahələrdə əlaqələrimizin sonrakı perspektivini müəyyənləşdirmiş bu sahədə möhkəm hüquqi baza yaratmışdır.

Azərbaycan parlament nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirən Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının Sədri Boris Batura parlamentlərimizin arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, ölkələrimiz arasında olan hərtərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına mövcud potensial imkanlardan daha səmərəli istifadə edilməsinə parlamentlərarası əlaqələr böyük töhfələr verə bilər. Bu mənada Azərbaycan parlamenti ilə Belarus parlamenti arasında əməkdaşlığın genişləndirilməsi vacib şərtlərdəndir. Hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının işinin intensiv xarakter alması bu sahədə böyük rol oynayır. Görüşdə parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəal əməkdaşlıqları diqqət mərkəzində oldu bu əməkdaşlığın daha da inkişaf etdirilməsi vacib sayıldı.

Görüşdə iqtisadi, siyasi, mədəni, humanitar, turizm digər sahələrdə qarşılıqlı maraq doğuran məsələlərə toxunuldu.

Görüşdən sonra Belarus Respublikası Milli Məclisi Azərbaycan Respublikası Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi oldu. Sənədi Azərbaycan Respublikasının Milli Məclisi adından Sədr Oqtay Əsədov, Belarus Respublikası Milli Məclisi adından Respublika Şurasının Sədri Boris Batura Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko imzaladılar.

İmzalanma mərasimindən sonra Milli Məclisin Sədri Oqtay Əsədov, Respublika Şurasının Sədri Boris Batura Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko mətbuat nümayəndələri önündə çıxış edərək sənədin mahiyyəti əhəmiyyəti barədə fikirlərini açıqladılar. Qeyd olundu ki, bu Saziş ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə, parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək.

Xatırladırıq ki, Azərbaycan parlament nümayəndə heyətinin Belarus Respublikasına səfəri çərçivəsində həyata keçirilən bütün görüşlərdə danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Azərbaycan parlament nümayəndə heyəti bu məsələ ilə əlaqədar Belarus tərəfinə ətraflı məlumat vermiş, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etmədiyini, BMT Təhlükəsizlik Şurası digər beynəlxalq qurumların qəbul etdiyi qətnamə qərarlara məhəl qoymadığını, öz işğalçılıq siyasətindən əl çəkmədiyini diqqətə çatdırmışdır.

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin mətbuat katibi

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 2.