Bursa şəhərinin
Yıldırım rayonunda
ulu öndər Heydər Əliyevin büstünün açılışı
olmuşdur
Türkiyənin Bursa şəhərinin Yıldırım
rayonunda Azərbaycan xalqının ümummilli
lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər
Əliyevin büstünün
açılışı olmuşdur.
Açılış mərasimində
çıxış edən
ölkəmizin İstanbuldakı
baş konsulu Səyyad Aran, Bursa ilə qardaşlaşmış Xırdalan
Şəhər İcra
Hakimiyyətinin başçısı
Zakir Fərəcov, Yıldırım rayonunun
bələdiyyə sədri
Özgən Kəskin
ulu öndərin Azərbaycan və türk dünyası qarşısında müstəsna xidmətlərindən ətraflı
bəhs etmişlər.
Vurğulanmışdır ki,
türkdilli ölkələrin
birlik və bərabərliyi yolunda misilsiz xidmətləri olan Heydər Əliyev, "Bir millət, iki dövlət" adlandırdığı
qardaş Azərbaycan
və Türkiyə xalqlarının xoşbəxt
gələcəyi və
rifahı naminə də nəhəng işlər görmüşdür. Ulu öndərin gərgin səyləri ilə ərsəyə gələn
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dünyamiqyaslı enerji layihələri Azərbaycanın
və Türkiyənin
dünyadakı mövqeyini
daha da möhkəmləndirdi.
Təsadüfi deyil ki, Türkiyə və bütün türk dünyasının
liderləri bu dahi şəxsiyyəti öz ağsaqqalı kimi qəbul edirdi. Onun bu
siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Bursanın Yıldırım
rayonunun bələdiyyə
sədri Özgən Kəskin bildirmişdir ki, burada salınan
parkda yaxın gələcəkdə akademik
Zərifə xanım
Əliyevanın da xatirəsi əbədiləşdiriləcəkdir.
Oqtay Bayramov,
AzərTAc-ın
xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 2.