Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun" operası simpozium iştirakçılarında
böyük maraq doğurmuşdur
XX əsrin
görkəmli şərqşünas
alimi, professor Aida İmanquliyevanın 70
illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr" mövzusunda
Beynəlxalq İbn Ərəbi simpoziumunun iştirakçıları oktyabrın
11-də Dövlət
Akademik Opera və Balet Teatrında dünya şöhrətli bəstəkar
Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun" operasına tamaşa etmişlər.
Tamaşanın dirijoru, əməkdar incəsənət
xadimi Sevil Hacıyeva, rəssamı xalq rəssamı Rafiz İsmayılov, quruluşçu rejissoru isə əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Leyli rolunu xalq artisti Aygün
Bayramova, Məcnun rolunu xalq artisti
Mənsum İbrahimov ifa etmişlər.
Ölməz sənətkar
Üzeyir Hacibəylinin
böyük ustalıqla
yaratdığı operanın
bu tamaşası da iştirakçılar tərəfindən alqışlarla
qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 3.