Madriddə İspaniyanın milli
bayramı münasibətilə
keçirilən qəbulda
Azərbaycan səfiri
də iştirak etmişdir
Azərbaycanın İspaniya
Krallığındakı səfirliyindən
bildirmişlər ki, oktyabrın 12-də Kral I Xuan Karlos
ölkənin milli bayramı münasibətilə
böyük Kral Sarayında İspaniyanın
dövlət və hökumət təmsilçilərini
və Madriddəki diplomatik korpusun nümayəndələrini qəbul
etmişdir.
Tədbirdə iştirak edən Azərbaycan səfiri Məmməd Əliyev İspaniya Kralı I Xuan Karlosla görüşmüş,
Prezident İlham Əliyevin salamlarını
və bayram münasibətilə təbriklərini
Krala çatdırmışdır.
Kral I Xuan
Karlos Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarına və təbriklərinə görə
təşəkkürünü bildirmiş, Azərbaycan xalqına və Prezidentinə uğurlar arzu edərək onun da salamlarının
Prezident İlham Əliyevə çatdırılmasını
xahiş etmişdir.
Kral I Xuan
Karlos Azərbaycana, həmçinin Cənubi Qafqaza səfər etmək arzusunda olduğunu, İspaniyanın
Azərbaycan ilə əlaqələrin genişləndirilməsində
maraqlı olduğunu bildirmiş və bu baxımdan qarşılıqlı yüksək
səviyyəli səfərlərin
əhəmiyyətini vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 5.