Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfəri başa çatmışdır
Oktyabrın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına
rəsmi səfəri
başa çatmışdır.
Azərbaycan-İordaniya əlaqələrinin uğurlu
inkişafında Prezident
İlam Əliyev ilə Kral əlahəzrət
II Abdullah ibn əl-Hüseynin şəxsi dostluğu da mühüm rol oynayır. Məhz Azərbaycan Prezidenti ilə şəxsi dostluğuna, eləcə də Azərbaycan-İordaniya əməkdaşlığına
verdiyi yüksək önəmin bariz nümunəsi olaraq Kral əlahəzrət II Abdullah ibn əl-Hüseyn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vətənə yola salmaq üçün dövlətimizin başçısına
ayrılmış
iqamətgaha gəldi.
Kral Azərbaycanın
dövlət başçısını
hava limanına özü maşının
sükanı arxasına
keçərək müşayiət
etdi.
Azərbaycanın və İordaniyanın dövlət
bayraqları ilə bəzədilmiş Əmmanın
Marka Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.
Prezident İlham Əliyevi və xanımını İordaniya
Kralı II Abdullah yola saldı.
* * *
Dövlətimizin
başçısı həmin gün Bakıya
qayıtdı.
Azərbaycan Prezidenti
İlham Əliyevi Heydər Əliyev adına Beynəlxalq Hava
Limanında Baş nazir Artur Rasizadə, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov
qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 1.