Efir məkanının vəziyyəti ilə bağlı "dəyirmi masa" keçirilmişdir

 

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası və Milli Televiziya və Radio Şurasının (MTRŞ) birgə təşkilatçılığı ilə "Azərbaycanın efir məkanında mövcud vəziyyət" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Milli Məclisin deputatlarının, teleradio şirkətlərinin, aparıcı mətbuat orqanlarının və QHT rəhbərlərinin iştirak etdiyi tədbiri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev açmışdır. Mövzu haqqında ətraflı məlumat verilmişdir.

Milli Məclisin deputatları Məlahət Həsənova, Sabir Rüstəmxanlı, Fəzail İsmayılov, Fazil Mustafayev, MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli, teleradio şirkətlərinin və QHT-lərin nümayəndələri mövzu ilə bağlı çıxış etmişlər. Azərbaycanın efir məkanındakı problemlərin aradan qaldırılması məqsədilə bir sıra təkliflər səslənmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 4.