Dağlıq Qarabağda dağıdılan tarixi-mədəni abidələrimizlə bağlı məsələlər konfrans çərçivəsində qəbul olunacaq sənədlərdə öz əksini tapacaqdır

 

"Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı çərçivəsində oktyabrın 13- mətbuat konfransı keçirilmişdir.

İslam Ölkələri Elm, Təhsil Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bildirmişdir ki, konfransın ilk günündə keçirilən bütün görüş çıxışlar çox maraqlı rəngarəng olmuşdur. Azərbaycanda keçirilən bu konfrans indiyədək təşkil edilmiş bütün tədbirlərə bir nümunə olmalıdır. Təqdim olunan sənədlər arasında çoxlu hesabatlar vardır. Bu hesabatlar ötən illər ərzində İSESKO tərəfindən aparılan işin xülasəsidir biz bununla bağlı burada olan bütün nazirlərə məlumat verəcəyik.

Əbdüləziz bin Osman əl-Tüveycri demişdir: "Konfrans çərçivəsində qəbul olunacaq ən vacib sənəd İslam ölkələri arasında mədəni turizmin inkişafına dair olacaqdır. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhəri bu işin öhdəsindən layiqincə gəlmişdir. Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq üçün real coğrafi mədəni imkanlara malikdir. Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi çərçivəsində aparılan müzakirələr fərqli, lakin bir-birini tamamlayan mədəniyyətlər arasında mədəni əməkdaşlığın dialoqun təşviqinə töhfəsini verəcəkdir".

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev qeyd etmişdir ki, 2008-ci ildə Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə "Mədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" mövzusunda konfransında qəbul edilmiş Bakı Bəyannaməsi çərçivəsində nəzərdə tutulmuş məsələlər bugünkü konfransda bir daha müzakirə ediləcəkdir.

Nazir vurğulamışdır ki, Dağlıq Qarabağda dağıdılan tarixi-mədəni abidələrlə bağlı məsələlər konfransda iştirak edən bütün dövlətlərin təmsilçiləri tərəfindən pislənmişdir qəbul olunacaq sənədlərdə öz əksini tapacaqdır.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S.5.