Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən(hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması barədə Mərkəzi Seçki Komissiyasının qərarı

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 oktyabr 2009-cu il tarixli 29/103 saylı qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 23 dekabr 2009-cu ilə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat"ın 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması məqsədilə, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktiki hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər üzvləri katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.

Seçki komissiyalarına daxil olmuş bu qəbildən olan şikayət müraciətlərin araşdırılmasının obyektivliyini səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qayda Azərbaycan Respublikasının seçki (referendum) təcrübəsində uğurla tətbiq edilmiş, hazırda həmin təcrübənin növbəti bələdiyyə seçkilərində davam etdirilməsi zəruridir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə yuxarıda göstərilən Təlimatın 5.1-ci bəndinə əsasən qərara alır:

1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 2009-cu il dekabrın 23- təyin edilmiş növbəti bələdiyyə seçkiləri dövründə fəaliyyət göstərən 9 nəfərdən ibarət aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:

 

Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Qabil Orucov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Validə Kazımova - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Rövşən İsmayılov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Nizami Nadirov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

İradə Hacıyeva - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi

Hüquq şöbəsinin müdiri

Rafiq Abbasov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi

Hüquq şöbəsinin baş məsləhətçisi

Emin Quliyev - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi

Hüquq şöbəsinin böyük məsləhətçisi

 

2. Dairə seçki komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.

3. Qərar 24 saat müddətində dərc edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

 

Üzvlər

 

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

 

13.10.09

 

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 5.