Konfrans başa çatmışdır

 

Bakıda keçirilən "Bərpa olunan enerji - beynəlxalq mütərəqqi təcrübə Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfrans oktyabrın 13- başa çatmışdır.

ATƏT-in Bakı ofisi, Avropa İttifaqı Azərbaycan Sənaye Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə alternativ enerji mənbələri onlardan istifadə yolları mövzusunda təqdimatlar keçirilmiş, müzakirələr aparılmışdır.

Avropa İttifaqının eksperti Volfanq Palzın sədrliyi ilə keçirilən "Keçid dövlətlərində bərpa olunan enerjinin inkişaf perspektivləri" adlı sessiyada "Azərbaycanda külək enerjisi: təbii şərait əməli tətbiq", "Kiçik SES-lər, külək günəş enerjisi üzrə əsas gələcək layihələr", "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən həyata keçirilən "Ekoloji park layihəsi" mövzularında mühazirələr dinlənilmişdir.

Sessiyada Azərbaycan Sənaye Energetika Nazirliyi, ARDNŞ, "Azərenerji" ASC, "Kaspian Technolgy Kompany", "VESTAS" "ALPHA Neu Technolgy Services CmbH" şirkətlərinin təmsilçiləri mövzularla bağlı rəy təkliflərini bildirmişlər.

Bununla da konfrans işini yekunlaşdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 5.