Türkiyənin Baş naziri Azərbaycan Parlamentinin nümayəndə heyətini
qəbul etmişdir
Oktyabrın 14-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Milli Məclisini nümayəndə heyətini
və ölkəmizin
Türkiyədəki səfiri
Zakir Həşimovu qəbul etmişdir.
Rəcəb Tayyib
Ərdoğanla görüşdən
sonra jurnalistlərə
açıqlama verən
Milli Məclisin xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirmişdir ki, Türkiyə hökumətinin
başçısı ilə
iki ölkə arasında əlaqələrin
inkişafı, birgə
görüləcək işlər, iqtisadi məsələlər, bölgənin
təhlükəsizliyi məsələləri
ətrafında fikir mübadiləsi aparılmışdır.
Baş nazir Azərbaycan parlamentində
söylədiyi fikirləri
bir daha təkrar etmişdir. Azərbaycanın parlament nümayəndə heyəti
bölgədəki ölkələr
arasında əlaqələrin
inkişafına qarşı
deyildir. Biz, sadəcə bu əlaqələlərin qurulmasının
Dağlıq Qarabağ
probleminin həlli ilə paralel aparılmasını istəyirik.
Səməd Seyidov qeyd etmişdir ki, Azərbaycan-Türkiyə əlaqələri
"bir millət, iki dövlət" fəlsəfəsi əsasında
qurulmuş, indiyədək
bu təməldə inkişaf etmiş və bundan sonra da bu
cür davam edəcəkdir. Heç bir qüvvə ikitərəfli münasibətlərimizi
poza bilməz. Bizim qəlbimizdə bir Türkiyə sevgisi, məhəbbəti
vardır. Türkiyədə
də Azərbaycan, Dağlıq Qarabağ sevgisi vardır. Biz bir millətik,
eyni istiqamətdə fəaliyyət göstərən
və siyasət yürüdən iki dövlətik. Bu görüşdə hörmətli
Baş nazirdən eşitdiyimiz sözlər
ümidlərimizi daha
da artırdı.
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 7.