Türkiyə parlamentinin sədri Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul etmişdir

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli Şahin Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun iştirak etdiyi görüşdən sonra jurnalistlərə açıqlama verən Milli Məclisin Xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirmişdir ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmadan Ermənistan ilə sərhədlərin açılması ortaya problemlər çıxara bilər. Bu proseslər paralel aparılmalıdır ki, bölgədə sülh bərqərar olsun bütün dövlətlər arasında yaxşı dostluq münasibətləri qurulsun. İşğal məsələsi, Dağlıq Qarabağ problemi aradan qalxmayana qədər bölgədə sülh olmayacaqdır. Biz, qardaş Türkiyədən ədalətli qərar gözləyirik əminəm ki, TBMM ədalətli qərar qəbul edəcəkdir.

Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 7.